İtkin düşən erməni əsgərin qohumu: Səbrimiz tükəndi

İtkin düşən erməni əsgərin qohumu: Səbrimiz tükəndi

"Seçkilərdən əvvəl Ermənistanın Baş naziri çıxışları zamanı bir neçə dəfə vurğuladı ki, bizdə 65 məhbus var, başqa məhbus yoxdur, bunu unudun". Bunu avqustun 19-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı itkin düşmüş hərbçilərin qohumlarından biri jurnalistlərə müsahibəsində bildirib.

"Sonra, seçkilərdən əvvəl əsirlərin ehtimal olunan siyahısı ortaya çıxdı və Paşinyan da bunu elan etdi. İndi bu əsirlərlə nə edirlər, heç bir məlumat vermirlər. Valideynlər görüş istəyir, bir neçə dəfə video materialları Nazirlər Kabinetinə göndərdilər, dedilər ki, bax, cəsədlər var, axtarış işləri zamanı sizinkilər tapılmadı. Orada yalnız bir neçə kəllə tapılıb. Bəs cəsədlər hara getdi? 50-60 cəsədin təhvil veriləcəyini söylədilər, amma yenə də sükut hökm sürür. Bu cəsədlər haradadır?". Bunu itkin düşmüş hərbçinin qohumlarından biri bildirib.

Onun sözlərinə görə, oktyabrın 18-də Azərbaycanın meyit mübadiləsi təşkil etməyi təklif etdiyi, lakin Ermənistan tərəfinin bundan imtina etdiyi barədə bəyanat var idi. "244 itkin düşmüş hərbçimiz var, buna da artıq inanmırıq. Səbirimiz tükənib", deyib.

Aksiyanın digər iştirakçısı Nazirlər Kabinetinin rəhbərinin onlara itkin düşmüş hərbçilərin Azərbaycanda olduğunu söylədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə