Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi təyin edilib

Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın qərarı ilə Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi təyin edilib. SİA erməni mənbələrinə istinadən xəbər verir ki, baş nazirin qərarı RA hökumətinin saytında dərc edilib.

Baş nazirin digər qərarı ilə Armen Qriqoryan Ermənistan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

14 iyul 2021-ci ildə Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək Ermənistan Respublikası xarici işlər nazirinin müavini təyin edilib. Ararat Mirzoyanın xarici işlər naziri təyin olunmasından əvvəl Armen Qriqoryan xarici işlər naziri vəzifəsini icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə