Bazar ertəsi Fransada baş verən yanğın hələ də davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb. Fransanın Var Qubernatorluğundan edilən şərhə görə, 16 Avqustda Gonfaron qəsəbəsi yaxınlığındakı Maures massivində başlayan meşə yanğınına təxminən 1200 xilasetmə qrupunun müdaxilə etdiyi və yanğının 7 min hektardan çox sahəyə yayıldığı ifadə edilib. Açıqlamada, yanğına müdaxilə edən 5 yanğınsöndürənin yüngül yaralandığı, yanan evdə 1 nəfərin öldüyü, 19 nəfərin tüstüdən təsirləndiyi və 3 nəfərin yaralandığı bildirilib.
Yanğın səbəbi ilə bölgə yaxınlığında yaşayan ən az 10 min insan və sahil yaxınlığındakı bir çox düşərgə, 8 təyyarə və 2 vertolyotla birlikdə xilasetmə qrupları ilə müdaxiləyə davam edib.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB