Azərbaycan sülhməramlıları Kabildəki diplomatik korpusun təhlükəsiz təxliyəsini təmin edir
Azərbaycan sülhməramlıları avqustun 17-də səhər saatlarında BMT və digər beynəlxalq təşkilatların 100-dən çox əməkdaşının Kabul Beynəlxalq Hava Limanından təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.
Bundan əlavə, sülhməramlılarımız hazırda Əfqanıstanı tələsik tərk edən və vətənlərinə gedən 100-ə yaxın Fransa vətəndaşının təxliyəsini təmin edirlər.
Xatırladaq ki, Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq, Azərbaycanın sülhməramlı kontingenti Əfqanıstanın paytaxtı - Kabul hava limanının sektorlarından birini qorumaq və müdafiə etmək vəzifələrini yerinə yetirir.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB