Braziliyada son sutka ərzində 1106 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində 1106 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində daha 37 613 nəfərin koronavirus infeksiyasına yoluxması, 1106 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 416 183 nəfər yoluxub. Bu müddət ərzində 570 598 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 19 313 546 xəstə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə