Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1941 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1941 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1941 nəfərə çatıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mülki müdafiə idarəsindən bildibirlər.

Məlumata əsasən, zəlzələ zamanı həmçinin 9 min nəfər xəsarət alıb.

Bildirilir ki, ölənlərdən 1 597 nəfəri Cənub, 205 nəfəri Qrand-Ans, 137 nəfəri Nipp, iki nəfəri isə Şimal-Qərb departamentində həyatını itirib.

Qeyd edək ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə