Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 27 minə yaxın yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 27 minə yaxın yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 852 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 322 241 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 170 nəfər, hazırkı dövrədək isə 131 149 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə