Əfqanıstanda “dünyəvi hökumət" qurulur?

Əfqanıstanda “dünyəvi hökumət" qurulur?

“Taliban” qadınların televiziyalarda aparıcılıq etməsinə qoyduqları qadağaları ləğv edib. Əfqanıstanda idarə olunan “TOLO” kommersiya xarakterli televiziya stansiyası xəbər verir ki, avqustun 15-də ölkənin paytaxtı Kabulu ələ keçirərkən əfqan jurnalistlərin yayımı dayandırma qərarı üçüncü gün taliblər tərəfindən ləğv edilib.

Telekanalın xəbər xidmətinin rəhbərlərindən biri Mirak Popalanın dediyinə görə, “qadın aparıcılarla yayım davam etdirilib”.

Bu arada Ərəb televiziya kanalı “Al Hadath” talibançıların “qadınları gələcək hökumətdə iştirak etməyə dəvət etdikləri” ifadəsini də yayımçılarına çatdırıb: “Biz qadınların qurban olmasını istəmirik”. Bu fikirləri də “Taliban” sözçülərindən biri səsləndirib.

Qeyd edək ki, Kabulun “süqutundan” sonra paytaxta girən silahlılar mağazaların və gözəllik salonlarının pəncərələrində nümayiş etdirilən qadın portretlərinə boya sürtmüşdülər.

Amma sonradan “Taliban”çılar ölkə sakinlərinin hüquqlarını məhdudlaşdırmaq niyyətində olmadıqlarını, onların işə getmələrini və təhsil almalarını qadağan etmədiklərini bildiriblər.

...Əfqanların çoxu “şok“dadır, yəni ölkədə doğrudanmı “dünyəvi hökumət" qurulub”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə