Vaxtilə Serjik Sarkisyanın partiyasında mətbuat katibi kimi çalışıb ermənilərə verdiyi “dəyərli məsləhətləri” ilə tanınan Eduard Şarmazanov yenidən peyda olub. Bu dəfə o şəxsi “Facebook” səhifəsində Ermənistan - Qərb münasibətlərini bütün incəliklərinə qədər ermənilər üçün “xırdalayıb”. Belə ki, o əminliklə, Qərbdən ermənilərə “yar olmayacaq” deyimini əsas tutaraq, bütün erməniləri rusların ətəyindən möhkəm yapışmağa çağırıb. Ermənilərin “təhlükəsizlik mühitini” təhlil edən Eduard Şarmazanov erməni ənənəsinə sadiqliyini də unutmayıb.
Belə ki, o, ilk olaraq, bəzi maraqların üst-üstə düşməsindən asılı olmayaraq, Rusiya ilə Türkiyənin Qafqazda iki əsas rəqib olaraq qaldığını bildirib.
“Bir xalq - iki dövlət” tezisini əsas gətirən Şarmazanov rus-türk arasında “yaşanan rəqabətdən” iki xalqın bir dövləti kimi azərbaycanlılara da pay düşməsini “tələb edib”. Doğrudan da, erməni gədəsi... Şarmazanovda olan bu dərrakə və uzaqgörənliyə “qibtə etməyə bilmirsən”.
“...Rusiya da öz geosiyasi maraqları hesabına güzəştə getmək fikrində deyil. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu da deyib. Türkiyənin həm Orta Asiya, həm Donbass, həm də Qafqaz istiqamətlərində yeni təhdidlərinin olmasına baxmayaraq Rusiya bölgəni tərk etməyəcək”. Bunu da Şarmazanov deyir.
Hə...deməli, ermənilər “nəyə isə ümid edə bilərlər”. Amma çox vaxt ümid elə ümid olaraq da ölüb gedir. Elə ermənilərin ümidləri kimi..
Deyim ki, Şarmazanovun sonrakı fikirləri ermənilər üçün daha böyük “önəm” kəsb etməlidir: “...Belə bir fikir var ki, Ermənistan Qərbin dəstəyinə ümid etməlidir. Deyim ki, mən bu perspektivi qeyri-müəyyən görürəm”.
Demək, Şarmazanov “qeyri-müəyyən görürsə”, deməli, bu, belədir. Bundan əlavə, Serjikin sağ əli dediklərini havadan demir, əsaslı faktlar göstərir.
Deyir ki, artıq 200 ildir ki, qərblilər erməniləri aldada-aldada gəlirlər. Onlar hətta 44 günlük müharibə zamanı “artsaxda” yaşayan 150 mindən artıq (?) erməniyə də “sayğısızlıq” nümayiş etdirdilər...onlar üçün pay-pürüş göndərmədilər, uzaqdan da olsa, onları “əzizləmədilər”. Ümumiyyətlə, onlar Ermənistana qarşı ikili standartlarını ortaya qoymuş oldular.
Şarmazanovun dediyinə görə, o vaxt Avropa Şurasının prezidenti Çarlz Mişel Azərbaycan lideri ilə görüş zamanı “Zəngəzur dəhlizi” mövzusunu müzakirə edərkən, bizim acığımıza, dəhlizin açılışını müsbət qiymətləndirmişdi.
...Şarmazanova görə, guya bu Mişelin erməni-rus birliyinin daha da yaxınlaşması ilə bağlı yaranan qısqanclıqla əlaqələndirilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB