Deyəsən, ermənilər “yetimə gəl-gəl deyən cox olar... qucağına alan az” məsəlinin əsl mahiyyətini, inandırıcı görünməsə də, deyəsən, qanmağa başlayıblar. Məsələn, ötən gün ermənilərin məlumat-analitik mərkəzi “VERELQ” 44 günlük müharibə zamanı atəşkəsin dayandırılması üçün heç bir real səy göstərməyən Qərb ölkələri, ilk növbədə ABŞ və Fransanın qarasınca xeyli deyinib. Mərkəz etiraf edir ki, sən demə, bu ölkələrin əsas məqsədləri başqasının, yəni Rusiyanın hesabına bölgədəki varlığını və təsirini təmin etmək olub.
Qeyd edək ki, ermənilərin məlumat-analitik mərkəzi o qədər də dərinə getmək istəməsə də, amma 44 günlük müharibə zamanı “dədələrinin sonacan yandırılmamasına” görə, ruslara borclu olduqlarını da gizlətməyiblər. Ermənilərə görə, guya indi Qərb sülhün möhkəmlənməsinə verdiyi “əhəmiyyətli töhfə haqqında” erməni ictimai rəyini üzərinə yükləmək istəyir.
Maraqlıdır ki, bu gün hətta “ən ağıllı ermənilər də” Qərbin ənənəvi şəkildə hərəkət etdiyini bildirirlər. Yəni Qərb aktiv bir mərhələdə kölgələrə girən bir problem yaradır və bütün bu problem yükünü “Rusiyaya yükləyir”. Bundan sonra Moskva inanılmaz səylər göstərərək sabitləşməyə nail olur. Bu vaxt arenaya girən Qərb əhəmiyyətsiz maliyyə və digər yardım və populist şüarlarla çıxışlar etməyə başlayır. Yəni bir növ, özünü xilaskar kimi göstərmək istəyir. Yəni heç nədən “nazir” olmaq istəyir.
Maraqlıdır ki, bu gün ermənilər Fransa siyasətçilərinin də İrəvana hər hansı bir kömək, o cümlədən hərbi yardım göstərməyə hazır olduqları ilə bağlı açıqlamalarının yalan olduğunu deyirlər. (Burda deyirlər ey, çörək itirən “köpək uşaqları”). Belə ki, guya həmin ərəfədə Fransanın İrəvandakı səfiri Conatan Lakot ölkəsinin Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq etmək istədiyini nəzərdən keçirməyə hazır olduğunu, amma ölkəsinin Ermənistanla eyni blokda olmamasının buna maneçilik törətdiyini bildirmişdi. Ermənilərə görə, guya bu, o deməkdir ki, Paris İrəvana nə hərbi personal, nə silah və hərbi texnika, nə də hərbi dəstək vermək niyyətində deyil. (44 günlük müharibə və müharibədən sonra Parisdən İrəvana uçan fransız təyyarələrin gətirdikləri gözünüzdən gəlsin).
O da maraqlıdır ki, ermənilərin məlumat-analitik mərkəzi 44 günlük müharibə dövründə amerikalıların da erməni qardaşlarına “göstərdikləri münasibəti” “qeyri qənaətbəxş” hesab edirlər. Burada başa düşmək olmur, məgər ABŞ gəlib ermənilər tərəfində vuruşmalıydımı? Təsəvvür edin ki, ermənilər ABŞ Konqresinin onlar üçün ayırdığı yardımlara da “dodaq büzürlər”...guya azdır.
Amma yaltaqlıqlarından da qalmırlar, hazırda Rusiya ilə Ermənistan arasındakı qarşılıqlı əlaqələrinin yalnız hərbi təhlükəsizlik sahəsində məhdudlaşmadığını bildirirlər: “...Moskva ilə İrəvan arasında iqtisadi və investisiya əməkdaşlığını dərinləşdirmək üçün yeni bir işçi qrupu yaradılır. Rusiya Ermənistana nəqliyyat, enerji, sosial infrastruktur, elektron hökumət, informasiya təhlükəsizliyi, kosmik tədqiqatlar, distant təhsil və s. üzrə təkliflər göndərməyə hazırdır”.
Rusiya və Ermənistanın müvafiq idarələri ilə sıx əməkdaşlıq şəraitində 2022-2025-ci illər üçün yeni iqtisadi əməkdaşlıq proqramı və onun həyata keçirilməsi üçün fəaliyyət planı hazırlandığını bildirən erməni mərkəzi, Rusiya hökumətinin BMT proqramı vasitəsi ilə Ermənistana münaqişədən sonrakı yenidənqurma işlərində kömək etmək üçün artıq 3,2 milyon dollar ayırdığını da bildirir.
...Yeri gəlmişkən qeyd edilməlidir ki, ermənilərin arada, yalandan da olsa, Qərbdə özlərinə “böyük qardaş” axtarışına çıxacaqlarını bəyan etmələrinin nəyə hesablandığı başa düşüləndir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB