ABŞ ona kömək edən Əfqanıstan vətəndaşlarını ölkədən çıxarır

ABŞ ona kömək edən Əfqanıstan vətəndaşlarını ölkədən çıxarır

ABŞ onlara kömək edən Əfqanıstan vətəndaşlarını ölkədən çıxarmaq üçün bütün imkanlardan istifadə edir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"Xüsusi immiqrasiya vizası almaq hüququna uyğun olan bütün vətəndaşları, onların yaxınları və qohumlarını ölkədən çıxarmaq üçün bütün vasitələrdən istifadə edirik", - məlumatda deyilib.

N.Prays Vaşinqtonun Əfqanıstanda yeni səlahiyyətlilərlə qarşılıqlı əlaqə qura biləcəyini də etiraf edib.

"Bu, bu hökumətin hərəkətlərindən, taliblərin hərəkətlərindən asılı olacaq" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə