Türkiyədə sel fəlakətindən ölənlərin sayı 77 nəfərə çatıb

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 77 nəfərə çatıb

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 77 nəfərə çatıb.

SİA-nın xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Sel fəlakəti nəticəsində Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfər həyatını itirib.

AFAD bundan əvvəl 74 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

“Sel 74 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 62, Sinopda 11, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada bildirilib.

Avqustun 11-də Qaradənizin qərbində yağıntının miqdarının normadan artıq düşməsi (bəzi ərazilərdə bir kvadratmetrə 360 kiloqram) nəticəsində Kastamonunun Bozkurt, Azdavay, İnebolu, Küre, Pınarbaşı, Bartının Ulus, Sinopun Ayancık rayonlarında sel suları sunami efekti yaradıb, həmin ərazilər ciddi şəkildə dağıntıya məruz qalıb,
Sel fələakətindən çətin vəziyyətdə qalan 2381 nəfər helikopterlər vasitəsilə təxliyə olunub.
AFAD-dan bildirlib ki, hazırda Kastamonu və Sinopun 47 nəfər sakini itkin kimi axtarışdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə