Havaya qalxan təyyarədən 3 nəfər yerə düşdü – DƏHŞƏTLİ VİDEO

Havaya qalxan təyyarədən 3 nəfər yerə düşdü – DƏHŞƏTLİ VİDEO

Kabildən qalxan təyyarədən iki nəfər yıxılıb. SİA yerli mətbuata istinadən yazır ki, üç nəfər ABŞ-ın “Lockheed C-130 Hercules” hərbi nəqliyyat təyyarəsindən düşüb.

Asvaka agentliyi tərəfindən yayımlanan videoda iki nəfərin təyyarədən evlərin üstünə düşdüyü görünür. Başqa bir videoda isə düşənlər havaya qalxmazdan əvvəl özlərini şassiyə bağlayırlar.

Xatırladaq ki, dünən Taliban hərəkatı Əfqanıstanın bütün ərazisini nəzarətə aldığını elan edib.

Təşkilatın nümayəndələri Kabildəki dövlət televiziyasını ələ keçiriblər və müraciətlərində vətəndaşları sakitliyə çağırıblar. Bütün əcnəbilərə yaxın günlərdə ya Kabili tərk etmələrini, ya da qeydiyyatdan keçmələrini söyləyiblər. Radikalların rəhbərliyi əcnəbilərin ölkəni tərk etməsi üçün hava limanının işini təmin edəcəyinə söz verib. Hökumət qoşunlarının evlərinə qayıtmasına da icazə veriblər.

Bundan sonra, Kabil hava limanı minlərlə vətəndaşın üz tutduğu yerə çevrilib, onlar qanunsuz olaraq ölkəni tərk etməyə çalışıblar. Vəziyyəti normallaşdırmaq istəyən ABŞ hərbçiləri havaya atəş açıblar, beş nəfərin uçuş-enmə zolağında sıxışması nəticəsində ölüb. Atışmadan sonra bir neçə nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə