“Taliban”dan əfqan qadınlarına edilən “güzəştlər”

“Taliban”dan əfqan qadınlarına edilən “güzəştlər”

“Qadınların hüquqlarına hörmətlə yanaşırıq”. Bu sözləri Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” sözçüsü Suhail Şaheen BBC-yə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, edamlar, əzalarını kəsmək və ya daşqalaq etmək kimi bütün cəzalar məhkəmə tərəfindən verilməlidir. Şaheen onu da vurğulayıb ki, “Taliban” qadınlara çadra taxdıqları təqdirdə onların oxumasına, işləməsinə və kişilərin müşayiəti olmadan evdən çıxmasına icazə vermək niyyətindədir.

Xatırladaq ki, “Taliban” 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirərkən qadınlara muzdla işləməyi qadağan etmişdi. Qızlara isə yalnız 8 yaşına qədər oxumağa icazə vermışdi.

Bundan əlavə, qadınları kişi qohumlarının müşayiəti olmadan küçəyə çıxarmırdılar, evlərin eyvanlarına çıxıb ictimai yerlərdə danışmağa icazə verilmirdi. Qadınlar əllərini, ayaqlarını, üzlərini və saçlarını görməyə imkan verən yüksək dabanlı ayaqqabı, zərgərlik və paltar geyə bilməzdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə