Slovakiyada yetkinlik yaşına çatmış əhalinin 50 faizinə peyvəndin azı bir komponenti tətbiq edilib
Slovakiyanın dövlət başçısı Zuzana Çaputova ölkədə koronavirusa qarşı peyvənd olunanlara təşəkkür edib.
SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Slovakiyada yetkinlik yaşına çatmış əhalinin 50 faizi və ya 2,3 milyon sakinə peyvəndin azı bir komponenti tətbiq edilib.
Prezident peyvəndin cəmiyyətin bütün təbəqələri üçün faydalarını vurğulayaraq, peyvənd olunmuş insanların xəstəxanaların yüklənməsi və virusun yayılmasında ən aşağı riskə malik olduqlarını bildirib. Həmçinin qeyd edilib ki, vaksinasiya səviyyəsi nə qədər yüksək olarsa, bu, ölkədə ictimai həyatı məhdudlaşdıracaq addımlardan imtinaya, sosial-mədəni və iqtisadi həyatın normal axara dönməsinə və pandemiyanın növbəti dalğasının qarşısının alınmasına töhfə verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB