"Taliban Türkiyəni müttəfiq olaraq görmək istəyir" - Hərəkatın nümayəndəsi
Taliban Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.
SİA-nın məlumatına görə, bunu "Independent" qəzetinə açıqlamasında "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahid deyib.
Onun sözlərinə görə, Türkiyədə çox sayda əfqan qaçqın yaşayır:
"Taliban Türkiyəni düşmən kimi görmür və müttəfiq olaraq görmək istəyir".
Xatırladaq ki, "Taliban" bu gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib və hazırda Tacikistanda olduğu ehtimal edilir. Taliblər bildiriblər ki, bir neçə saat ərzində paytaxtın idarəsini öz üzərlərinə götürəcəklər. Daha əvvəl taliblər prezident sarayına da nəzərati təmin etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB