Kabil hava limanından atəş səsləri eşidilir

Kabil hava limanından atəş səsləri eşidilir

Kabil hava limanı atəşə tutulub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasından bildirilib.

Hazırda Amerika vətəndaşlarının hava limanı vasitəsilə təxliyəsi aparılır.

“Hava limanında atəş açıldığına dair xəbərlər var. Bütün Amerika vətəndaşlarından sığınacaqlarda gizlənmələri tələb olunur”, - deyə məlumatda qeyd edilib.

“CNN” telekanalının verdiyi xəbərə görə, ABŞ hərbçiləri hava nəqliyyatının yaxşılaşdırılması üçün yaxın saatlarda Kabil hava limanını nəzarətə götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə