Daşqın nəticəsində 62 NƏFƏR ÖLÜB

Daşqın nəticəsində  62 NƏFƏR ÖLÜB

Türkiyədə dəhşətli daşqın nəticəsində ölənlərin sayı daha da artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Afət və Təcili Yardım İdarəsi (AFAD) Türkiyənin Qara dəniz bölgəsindəki daşqın nəticəsində ölənlərin sayının 62-yə yüksəldiyini bildirib. AFAD-ın Qərbi Qaradəniz bölgəsindəki sel ilə əlaqədar verdiyi açıqlamada, Kastamonuda 52, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirdiyi, 8 nəfərin xəstəxanalarda müalicə aldığı bildirilib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə