Türkiyə Silahlı Qüvvələri son sutka ərzində PKK/YPG terror təşkilatının 22 üzvünü zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Qeyd olunub ki, “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgədə 14, hərbi hava qüvvələrinin əməliyyatları nəticəsində isə 6 terrorçu zərərsizləşdirilib. Digər 2 terrorçu isə Hakurk bölgəsində məhv edilib.
Vurğulanıb ki, terrorçular Türkiyə hərbçilərinə hücuma cəhd göstərərkən məhv ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB