Haitidə daha bir güclü zəlzələ baş verib

Haitidə daha bir güclü zəlzələ baş verib

Haitidə 5,9 bal gücündə zəlzələ baş verib.

SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Le-Ke kommunasından 35 kilometr aralıda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, ötən gün Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 304 nəfər həlak olub, 1,8 min nəfər isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə