Putin təyyarə qəzası zamanı ölən hərbçilərin ailələrinə başsağlığı verib
Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qəzaya uğramış “Be-200” amfibiya təyyarəsindəki rusiyalı hərbçilərin ölümlərindən sonra mükafatlandırılması barədə tapşırıq verib.
SİA xəbər verir ki, Prezident V.Putin qəza zamanı həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib, Rusiya müdafiə naziri Sergey Şoyquya həlak olmuş rusiyalı hərbçiləri mükafatlandırmağı tapşırıb.
Hadisənin səbəblərini araşdırmaq üçün Rusiya Müdafiə Nazirliyində komissiya yaradılıb. Komissiyanın üzvləri Türkiyəyə yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB