"Taliban" hərəkatının döyüşçüləri Məzari-Şərif şəhərinə nəzarəti ələ keçiriblər
"Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini nəzarətə götürüb.
SİA xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hökumət qoşunları Məzari-Şərifi faktiki olaraq döyüşsüz təslim ediblər. Hökumət qüvvələri mövqelərini, silahlarını tərk edərək geri çəkiliblər. Şəhər ətrafında ara-sıra kiçik toqquşmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB