Uşaqlar cinsini özləri seçəcək

Uşaqlar cinsini özləri seçəcək

Şotlandiya hökuməti təhsil işçiləri və pedaqoqlar üçün yeni təkliflər planı hazırlayıb. 70 səhifəlik sənəddə mübahisəli maddələr də var.

Təkliflər planına görə, məktəblərdə təhsil alan uşaqlar 4 yaşından etibarən valideynlərinin və müəllimlərinin razılığı olmadan öz cinslərini seçə biləcək. Hətta tərbiyəçilərin uşaqlara özləri üçün seçdikləri adlarla müraciət etmələri də təklifə daxil edilib. Uşaqların istədikləri tualetdən istifadə etmələrinə və məktəbli geyim formalarını özlərinin seçmələrinə imkan verəcək təkliflər mütəxəssisləri də ikiyə bölüb. Bir hissə bu qaydaların gender bərabərliyini təmin edəcəyini müdafiə edərkən, digər hissəsi uşaqları belə kiçik yaşlarda çaşdıracaq qərarlar verməməyi məqsədəuyğun hesab edir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə