Taliblər Əfqanıstanda diplomatik obyektlərə hücum etməyəcəklərinə söz veriblər

Taliblər Əfqanıstanda diplomatik obyektlərə hücum etməyəcəklərinə söz veriblər

"Taliblər Əfqanıstanda diplomatik obyektlərə hücum etməyəcəklərinə dair söz veriblər".

SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Taliban özü diplomatik missiyalara hücum etmək niyyətində olmadığını bildirib", - nümayəndə deyib.

Bununla birgə, N.Prays əlavə edib: "Taliban hərəkatının dediklərinin hamısına inanmayacağıq. Nə edəcəyinə baxacağıq. Bu səbəbdən indi bizim mülki personalımızın köçürülməsi üzrə tədbirlər görürük ki, onları hər hansı mümkün təhlükədən qoruyaq".

Bütün xəbərlər Facebook səhifəmizdə