BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.
SİA-nın məlumatına görə, Baş katib bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB