Türkiyədə Kayseri-Kahramanmaraş şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli KİV-lərə istinadla xəbər verir ki, mikroavtobusun yolun kənarına aşanması nəticəsində 27-si şagird olmaqla, 29 nəfər yaralanıb. Qəzaya düşənlərdən yeddisinin vəziyyəti ağırdır. Bildirilir ki, mikroavtobusdakı sərnişinlər Quran kursunun şagirdləridir. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB