Dünyada koronavirusa yoluxanların sayı 205 milyon 423 min 988 olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, virus yayılmağa başladığından bəri, Covid-19 ilə əlaqəli xəstəliklərin qurbanlarının sayı 4 milyon 334 min 773-ə çatıb.
Yoluxanların və ölənlərin sayına görə, lider Amerika Birləşmiş Ştatları olaraq qalır. ABŞ-da cəmi 36.306.917 insan yoluxub və həyatını itirənlərin sayı isə 619.093-ə yüksəlib.
Hindistanda təsdiqlənmiş koronavirusa yoluxanlanların sayı 32,117,826-ya çatıb və infeksiyanın təsirlərindən ölənlərin ümumi sayı isə 430,254 olub. Hindistan ABŞ-dan sonra koronavirusa ən çox yoluxmuş ikinci ölkədir.
Qeyd edək ki, "Worldometer" portalına görə, dünya əhalisinin 1 milyon əhalisinə düşən ölüm nisbəti cümə günü səhər 557.8 olub. ABŞ-da 1 milyon əhaliyə 1.910 nəfər, Hindistanda - 308, Braziliyada isə - 2.647-dir.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB