İspaniyanın Tarraqona əyalətində onlarla hektar ərazidə baş verən yanğına 100-ə yaxın yanğınsöndürən və özəl yanğın aviasiyası da cəlb edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniyanın böyük bir hissəsində son dərəcə isti hava səbəbi ilə artan meşə yanğınları təhlükəsinin davam etdiyi bildirilir. Yerli hava xidmətlərinə görə, maksimum temperatur cümə günü 40 dərəcəyə çata bilər.
Qeyd edək ki, bəzi Avropa ölkələrində, xüsusilə də Yunanıstan və İtaliyada meşə yanğınlarına səbəb olan güclü istilər var.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB