Almaniyanın federal kansleri Angela Merkel gələn həftə cümə günü Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. SİA xəbər verir ki, bu haqda məlumatı Almaniya hökumətinin rəsmisi Steffen Seibert deyib.
Onun sözlərinə görə, 20 avqust cümə günü Kansler Moskvaya səfər edəcək: "Proqramın detallarını gələn həftənin əvvəlində açıqlayacağıq. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi çox aydındır".
Qeyd edək ki, digər bir açıqlamaya görə, Merkel 22 avqustda Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Merkelin Putin ilə Ukraynanın Donbas şəhərindəki gərginlik barəsində danışıqlar etməsi gözlənilir.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB