Ruslar söz veriblər... “güclü erməni ordusu” yaradacaqlar

Ruslar söz veriblər... “güclü erməni ordusu” yaradacaqlar

“Bu gün əyyaşlar tərəfindən acınacaqlı vəziyyətə salınmış Rusiya ordusu hansı əsaslarla Ermənistan ordusunu modernləşdirib, “işlək hala gətirə biləcək?”

...Bax, indi görürsünüzmü, mən deyəndə ki, ermənilər arasında da “ağıllıları” var, bəziləri buna irad tutub, həmin ermənilərin qarışıq qanlı erməni olduğunu deyirdilər. Hə, indi nə olasıdı ki?

Həmən o “ağıllı ermənilər” deyirlər ki, guya Nikol “ağlını” itirib.

Nə mənada? Guya o, yenidən müdafiə naziri təyin etdiyi general Karapetyanı Moskvaya, ruslara yalvarıb-yaxarmağa göndərib ki, gəlib erməni ordusunu “abıra” salsınlar. Ruslar da yaxın zamanlarda “say-seçmə erməni igidlərindən ibarət güclü bir ordu” yaradacaqlarına söz veriblər.

Maraqlıdır, guya bundan əvvəlki “məğlubedilməz erməni ordusunu” ruslar yaratmamışdılar? Məgər ermənilərin döyüş meydanında qoyub qaçdıqları top-tüfəngi, tankı, avtomobilləri daha nə bilim hansı zir-zibilləri ermənilərə ruslar hədiyyə eləməmişdi? Bəs, nə oldu? “Ağac acı, can şirin” məsəlini əsas tutan “qəhrəman erməni əsgərləri” hamısını qoyub dabanlarına tüpürüb qaçdılar. İndi elə bilirsiniz, “yeni erməni ordusu modernləşdirən” ruslar ermənilər üçün təzə “cəbbəxana” açıb onlar üçün müasir top-tüfəng istehsal edəcək? Heç nə etməyəcək, əksinə, öz anqarlarında yığılıb qalan, pas atmış köhnələrini yenidən güzəştli kredit adıyla ermənilərə sırıyacaqlar.

“Ağıllı ermənilər”ə görə, bunu Nikol da yaxşı qanır. Ancaq neyləsin ki, hələlik, böyük qardaşları olan fransızlar, balaca bacılarını-erməniləri hələ ki, tam şəkildə qucaqlarına almağa tərəddüd edirlər.

Ona görə də, Nikol əbədi erməni üsulu olan yaltaqlıq və yalmanmaqdan hələ ki, ruslara qarşı istifadə etmək məcburiyyətindədir. Erməni müdafiə naziri Karapetyanın Kremlə “görüşə” göndərilməsi də, vaxtilə Rusiya ilə yaxın hərbi-texniki əməkdaşlığı kəskin tənqid edən Nikol tərəfindən indi məhz buna hesablanıb.

...Azərbaycan Ordusu türklərdən və yəhudilərdən öyrənirlər, biz isə əyyaş ruslardan... Azərbaycan Ordusu dünyanın ən müasir silahlarını alırlar, bizə isə ruslar zir-zibillərini satırlar. Hələ bir bu zir-zibil silaha sahib olan ruslar Nikolun “dəvəti ilə” gəlib Ermənistan sərhədlərini də qoruyacaqlar. Deməli, bundan sonra bizim, “küməmiz də batdı”.

...Yenə də “ağıllı ermənilər” niyə Nikolun rus ordusundan daha inkişaf etmiş, daha yaxşı silahlara malik olan Fransaya üz tutmamağını sual kimi ona ünvanlayırlar. Üstəlik, guya parislilər (bəli, məhz parislilər) də erməni bacılarına kömək etməyin elə də əleyhinə deyillər. Bəs, onda niyə, Nikol bu qədər “tərəddüd” edir? Maraqlıdır ki, “ağıllı ermənilər” buna da cavab tapıblar. Onların iddiasına görə, Paşinyanın “könülsüz də olsa” ruslara tərəf əyilməsi, onun öz vəzifəsini itirmək qorxusu ilə bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə