Ölənlərin sayı 27-yə çatıb - DƏHŞƏT

Ölənlərin sayı 27-yə çatıb - DƏHŞƏT

Türkiyədə güclü sel və torpaq sürüşmələri nəticəsində ən az 27 nəfər həyatını itirib. Türkiyənin Fövqəladə Hallar İdarəsi Türkiyənin Qara dəniz sahillərində meydana gələn daşqınlar nəticəsində ölənlərin sayını 27-yə çatdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kastamonu əyalətində 25, Sinop əyalətində daha 2 nəfər həyatını itirib. Bartın əyalətində isə bir nəfərin də itkin düşdüyü hesab olunur. Vertolyot və qayıqlarla birlikdə 1700-dən çox insan daşqından zərər çəkmiş bölgələrdən təxliyə edilib.

Daşqınlar nəticəsində infrastruktur zədələndiyindən təxminən 330 kənd işıqsız qalıb. Beş körpü uçub və bir çoxu zədələnib. Su basmış ərazilərdə bir çox ev və müəssisə su altında qalıb. Yolların bir hissəsi də dağılıb.

Qeyd edək ki, iyul ayında Türkiyənin Qara dəniz sahillərində sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə