Misir Silahlı Qüvvələrinin əsgərləri 13 terrorçunu məhv ediblər

Misir Silahlı Qüvvələrinin əsgərləri 13 terrorçunu məhv ediblər

Misir Silahlı Qüvvələri Sinay yarımadasının mərkəzi və şimal hissəsində terror qruplaşmalarına qarşı əməliyyat keçiriblər.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir ordusu Komandanlığının bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Silahlı Qüvvələr Sinayın mərkəzi və şimal hissəsində anti-terror əməliyyatlarını davam etdirirlər. Onlar ekstremist qruplaşmanın 13 üzvünü məhv ediblər".

Qeyd edilir ki, terrorçularla atışma zamanı 1 hərbçi həlak olub, 9 hərbçi isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə