Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 138 nəfər vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 138 nəfər vəfat edib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 138 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 281 535 nəfər test edilib, 22 261 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 685 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə