48 saat müddətində su kəsilib

Türkiyənin İzmir şəhərində Taxtalı Barajı və Görecə İçməli Su Təmizləmə Mərkəzində meydana gələn nasazlığa görə, Qaziəmir bölgəsində 48 saata qədər suyun kəsiləcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İzmir Su və Kanalizasiya İdarəsi (İZSU) tərəfindən edilən şərhə görə, Taxtalı Barajı ilə Görecə İçməli Su Təmizləmə Mərkəzi arasındakı diametri 2200 millimetr olan əsas ötürmə xəttində nasazlıq meydana gəlib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə