...Bu gün əksər ermənilər “artsax”ın “itirilməsində” Nikoldan çox Robert Koçaryanla Serj Sarkisyanı günahkar kimi görürlər. Onların məntiqinə görə, Nikol burada ideal qəhrəman olmasa da, amma onun 30 minə qədər erməni əsgərini xilas etməsi danılmazdır. Axı, bu necə olur ki, “dünyanın məğlubedilməz ordusu kimi tanınan” erməni ordusundan 44 gün ərzində ancaq tör-töküntü qalır? Ermənilərə görə, bu, elə də inandırıcı görünməməlidir. Deməli, ermənilər arasında xain olduğu qənaətinə gəlmək lazımdır. Əslində, ermənilər bunu erməni xalqı üçün “ağılagəlməz” kimi qəbul etmək istəyirlər, axı erməni hara, xainlik hara... amma belə görünür ki, onlar başqa variant da görmürlər.
Yaxşı, 44 günlük müharibə dövründə Ermənistanda “dinc qalmayıb” yaranmış vəziyyətdən hakimiyyəti ələ keçirməyə cəhd edənlər olubmu? Bu vaxt, təbii ki, “dezertir” Vazgen Manukyandan başqa kimsə yada düşmür. Deməli, bu qoca xain ola bilər. Əsas da var. Çünki həmin ərəfədə Manukyanın Qarabağda “sinə gərib döyüşə atılan” erməni generellarına hakimiyyəti ələ keçirmək üçün girəvə düşdüyünü deyib, onların İrəvana gəlməsinə cağırış etməsi barədə xəbərlər mövcuddur. Təcili olaraq bu, yoxlanılmalıdır.
...”Qəhrəman ermənilərin əzəli və əbədi” torpaqları uğrunda “cəngə qalxanda” onlara qarşı xainlik edib, öz xalqına başqa kim badalaq gələ bilərdi? Görən, bu sabiq erməni müşaviri Jirayr Liparityanın bu gün İrəvanda qalan davamçıları deyillər ki? Bu da ola bilər. Çünki o, Ermənistanda prezident müşaviri işləyəndə Qarabağ münaqişəsi ilə bağlı bir-çox “sərsəmləmələrindən” xainlik tökülürdü. Əslində, bu, onun sözləridir, deyirdi: “...Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır, əks halda ermənilər ölkədən qaçmaq üçün çamadanları yığmalı olacaqlar”. Bax, budur, “erməniyə xas olmayan” əsl xainlik mücəssəməsi. Yaxşı ki, duyuq düşüb, qabağını ala bildik: camadanını da qoltuğuna verib yola saldıq getdi.
...Amma yenə də müəmmalıdır... görəsən, Levon Ter-Petrosyan ola bilər? Bunu deməkdə əsl erməni kimi əsasımız var ey, ..çünki Jirayr Levonun yaxınlarından olub. Deyilənə görə, doğulub böyüdükləri Livanda da yaxın dost olublar.
Levonun nazik müştükdə gözünü qıya-qıya ucuz siqaret çəkməyinə elə də inanmayın, onda xainliyin bütün əlamətləri elə qıyıq gözlərindən sezilir. Gərək ki, vaxtilə İrəvanda gənclərdən ibarət “Xima” hərəkatını yaratmaq da onun oyunları idi. Hərəkat üzvləri hətta utanmadan bu gün ermənilərin “artsaxa” ehtiyacının olmadığını da deyirdilər. Bundan böyük xainlik olarmı? Ona görə də, Levon da yoxlanılmalıdır.
...Amma əsas problem bunların kimlər tərəfindən yoxlanılması ilə bağlıdır. Məsələ bundadır ki, xainlərin yoxlanılması Nikolun Milli Təhlükəsizlik Xidmətinə rəhbər təyin etdiyi Arqişti Kyaramyana həvalə etmək bir az doğru olmazdı. Çünki bəzi erməni rəsmilərinin dediyinə görə, Nikolun təzə kadrosu olan Arqişti guya 44 günlük müharibə zamanı erməni dilində danışan azərbaycanlılara yüzlərlə erməni pasportu paylayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB