Bu günlərdə Amerika Birləşmiş Ştatları Konqresinin 27 üzvü dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktubda Türkiyənin pilotsuz uçuş aparatları ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. Konqresmenlərin iddiasına görə, Türkiyənin pilotsuz təyyarələri “ABŞ-ın maraqlarını, müttəfiq və tərəfdaşlarını təhdid etməklə yanaşı, guya həm də dünyanın bir çox bölgələrində sabitliyin pozulması təhlükəsi yaradır”.
Türk pilotsuz uçan aparatlarının Azərbaycan, Suriya və Liviyada istifadə edildiyini xatırladan konqres üzvləri, hazırda Türkiyənin Polşa və Pakistana da pilotsuz təyyarələrin satışı ilə bağlı müqavilələr bağladığını diqqətə çatdırıblar.
Qeyd edək ki, əslində, türklərin bu gün dünyanın dördüncü ən böyük pilotsuz döyüş təyyarələrin istehsalçısına çevrilməsi, hər şeydən əvvəl, bu ölkənin Qərbin silah idxalından asılılığını azaltmağa hesablanıb. Belə görünür ki, Türkiyənin bu sahədə qazandığı uğurlar, onun dırnaqarası müttəfiqlərini qane etmir. Ona görə də “dərin narahatlıq” izhar etməyə başlayıblar.
Yeri gəlmişkən bildirək ki, ötən həftə Türkiyənin aparıcı İHA istehsalçısı olan Baykarın CTO-nun direktoru Selçuk Bayraktar, şirkətin təxminən on ölkə ilə müqavilə imzaladığını bildirib. Xatırladaq ki, pilotsuz uçuş aparatları almaq üçün Türkiyə ilə müqavilə bağlayan ilk NATO ölkısi Polşa olub. Bundan başqa, ABŞ-ın digər müttəfiqi Latviya da pilotsuz uçuş aparatları almaq üçün növbəsini gözləyən Avropa Birliyi və NATO -ya üzv olan ölkədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB