Yaponiyada güclü yağışlar və torpaq sürüşmələri təhlükəsi ilə əlaqədar 382 min nəfər təxliyə edilir

Yaponiyada güclü yağışlar və torpaq sürüşmələri təhlükəsi ilə əlaqədar 382 min nəfər təxliyə edilir

Yaponiyanın cənub-qərbində güclü yağışlar və torpaq sürüşmələri təhlükəsi ilə əlaqədar yerli hakimiyyət orqanlarından təxliyə bildirişi alan sakinlərin sayı 382 minə çatıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, ən çox bildiriş Naqasaki prefekturunun sakininə (244 min) göndərilib. Eyni zamanda, Saqa, Kaqoşima və Kumamoto prefekturalarında təxliyələr təşkil edilir.

Qeyd olunur ki, güclü yağışlar Kumamotoda şənbə gününün sonuna qədər davam edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə