Gürcüstanda leysan yağışları, şimşək və güclü külək ciddi fəsadlar törədib
Avqustun 9-da Gürcüstan ərazisində yağan güclü leysan yağışları, şimşək və külək ciddi fəsadlar törədib.
SİA xəbər verir ki, ən çox ziyan ölkənin qərb bölgəsinə dəyib. Güclü külək evlərin, sosial obyektlərin dam örtüyünü dağıdıb. Bəzi ərazilərdə kənd təsərrüfatı sahələri su altında qalıb. Dolu meyvə və üzüm bağlarına ciddi ziyan vurub.
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Ninotsminda bələdiyyəsi ərazisində ildırım düşməsi nəticəsində 530 qoyun tələf olub.
Şahidlərin sözlərinə görə, ildırım iki dəfə qoyun sürüsünü vurub. Tələf olmuş qoyunların bir hissəsi yerli, bir hissəsi isə Kaxetiyadan olan fermerlərə məxsusdur. Zərərçəkənlər kömək üçün artıq yerli hakimiyyət orqanlarına müraciət ediblər. Bələdiyyədə fermerlərə dəymiş ziyanı qiymətləndirmək üçün komissiya yaradılıb.
Qeyd edək ki, bu gün Gürcüstanda bir qoyunun qiyməti təxminən 350 lari (təqribən 110 dollar) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB