“Arxip baba və Lyonka” ermənilər üçün yeni variantda... ERMƏNİSAYAĞI
...O boyda yolu durub gələsən, amma bu “əzabkeş xalqın” dərdinə heç bir əlac etməyib, sadəcə olaraq, qolunu sallayıb gedəsən? Maraqlıdır, KTMT rəhbəri İrəvana niyə gəlmişdi, təbii ki, bizə qahmar çıxmağa, çıxdımı? Əlbəttə ki, yox! O heç özündə cəsarət tapıb bizim yanımızda Azərbaycana “barmaq da silkələyib xox” da gəlmədi”. Biz belə də gözləyirdik. Çünki Zas İrəvana təlimatlandırılıb göndərilmişdi, sadəcə, bizim könlümüzü almaq üçün. Amma onlar hələ də başa düşmürlər ki, bu “könül almaq” oyunu onlar üçün elə də yaxşılıqla sonunclanmayacaq.
Biz artıq qərarımızı vermişik, yolumuzu “həsrətlə” gözləyən Qərbə doğru gedirik. Nə Rusiya, nə də birgə təşkilatlarda olduğumuz “müttəfiqlərimizin” yalvarışları biz yolumuzdan döndərə bilməyəcək.
...Axı bu gün bizim istəyimiz nədir: biz əzabkeş bir xalq olaraq, “əzəzli və əbədi” erməni torpaqlarımızı geri tələb edirik. Amma İrəvana gəlib bizim dərdimizi dinləyən KTMT rəhbəri bizim etimadımızı doğrultmadı.
Əslində, onun Bakıda hərbi təhsil alması, Lukaşenkonun adamı olması da öz sözünü deyir.
Amma heyif KTMT-nin əvvəlki rəhbəri Nikolay Bordyujadan...ermənilər üçün “çanından keçməyə” hazır idi. O həmişə Ermənistan və “artsaxa” hücumun yolverilməzliyi barədə azərbaycanlıları xəbərdar edirdi. Doğrudur, Bordyuja 2016 -cı ilin aprelində bizə elə də kömək etməsə də, amma Zasdan fərqlı olaraq, heç vaxt erməniləri çətinliyə salmayacağını, bizə hərbi yardım da daxil olmaqla bütün lazımi köməkliklər göstərəcəyini bildirirdi.
Zas isə İrəvanda olduğu ərəfədə ona təşkilatın nizamnaməsini xatırlatdıq. Müqavilənin hər hansı bir üzvünə qarşı təcavüzün bütün dövlətlərə qarşı təcavüz olduğunu dedik, eyninə belə almadı.
Əksinə, problemin həll yolları haqqında bizim üçün “nağıl danışdı”, “bu vəziyyətin siyasi həll imkanları tükənməyib” dedi.
Məsləhət verənimiz az idi... Zas da bizi Lyonka bilib bizim üçün Arxip babanın “nağılını”, bu dəfə özü də yeni variantda danışdı. Hətta dəyərli bildiyi məsləhətlərini də verdi. Nəyimizə gərək?
...Bunlar hələ nədir ki, biz onu bir generalımıza qoşub Ermənistan-Azərbaycan sərhədinə getməsinə güclə razı sala bildik. Orada Zasa hətta atəş səsləri də eşitdirdik. Atəş açanların azərbaycanlılar olduğunu dedik. Atəş səsinin arxadan gəldiyini duyub, deyəsən, inanmadı.
Sonra onu 44 günlük müharibədə ölən “qəhrəman erməni əsgərlərinin” məzarını ziyarət etməyə də razı sala bildikq. Dedik, baxıb utanar, çünki bunun bizim üçün böyük “siyası önəmi” vardı. Biz bununla onu başa salmaq istəyirdik ki, əgər KTMT vaxtında bizə köməyə gəlib bizim tərəfdən vuruşsaydı, onda biz də bu qədər “qəhrəman əsgərlərimizi” itirməzdik
...Təəssüf ki, bu dəfə də ondan heç bir reaksiya görmədik. Amma, KTMT-dən çıxmaq istədiyimizi gərək ona da eşitdirəydik.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB