Latviya hökuməti Belarusa sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq etmək istəyir

Latviya hökuməti Belarusa sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq etmək istəyir

Latviya daxili işlər naziri Mariya Qolubeva qeyri-leqal miqrant axını səbəbi ilə Latviya-Belarus sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət edib.
SİA Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə Latviyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əgər rəsmi Riqa ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edərsə, Latviyanın Auqşdauqava və Kraslava bölgələrindəki sərhədçilər qeyri-leqal miqrantların saxlanılması və Belarusa geri göndərilməsi ilə bağlı yeni səlahiyyətlər alacaq.
Latviya DİN-in verdiyi məlumata görə, Latviya-Belarus sərhədini son üç gün ərzində 160 qeyri-leqal miqrant keçmiş və sərhədçilər tərəfindən saxlanılıb.
Qurum qeyd edib ki, Latviyada fövqəladə vəziyyət rejimin tətbiqi yalnız Seymi tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər.
Qeyd edilib ki, Latviyanln Dövlət Sərhəd Mühafizəsi yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə