Taliban Əfqanıstanda son beş gündə səkkizinci inzibati mərkəzi ələ keçirib
Radikal “Taliban” hərəkatının tərəfdarları Əfqanıstanın şimalında yerləşən Bağlan əyalətinin inzibati mərkəzi olan Puli-Xumri şəhərini nəzarətə götürüblər.
SİA "aljazeera.com" saytına istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bildirilir ki, “Taliban” artıq şəhərdədir, bayrağını mərkəzi meydanda, həmçinin, qubernatorun iqamətgahı üzərinə qaldırıb.
Hökumət qüvvələrinin geri çəkilməyə məcbur edildiyi iddia edilir.
Qeyd edilib ki, bu, son günlərdə radikalların əlinə keçən Əfqanıstanın səkkizinci inzibati mərkəzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB