Türkiyədə son sutkada yeni növ koronavirusdan 124 nəfər həyatını itirib
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 124 nəfər həyatını itirib.
SİA Türkiyə Səhiyyə Nazirliyinə istinadən bildirir ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 264 647 nəfər test edilib, onların 26 597-nin koronavirus testi pozitiv nəticə verib, 14 954 nəfər sağalıb.
Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 79 014 674 peyvənd tətbiq edilib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca COVID-19 infeksiyasının sürətlə yayılmaması üçün peyvənd olunmanın vacibliyini bir daha vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB