…O boyda Çörçill bunnan geyinir, bu isə hələ də fikirləşir…Yox, yox, düz olmadı, Azərbaycan əsgərləri Syunikdə istədikləri kimi gəzib dolaşırlar, bunlar isə özlərini tərifləməklə məşğuldurlar. Hə, bax, bu düzdür...
…Bu gün Azərbaycan istədiyini müharibəsiz-zadsız tutub əlimizdən alır, bunlar isə erkən seçkiləri təşkil etməkdə müdriklik etdiklərini sadə ermənilərin gözünə soxmağa çalışırlar.
Budur, müharibə artıq 9 aydır ki, bitib amma erməni parlamentinin indiki tərkibi nə müharibənin nəticələrinə, nə indiki yeni reallıqlara, nə də ki, “artsax”ın faktiki olaraq itkisinə heç bir siyasi qiymət verməyiblər.
Belə görünür ki, bəzi ermənilər bu gün ictimai hisslərin kollektiv mahiyyətini əks etdirməli və digər tərəfdən siyasi gündəmi formalaşdırmalı olan yeni ölkə parlamentindən, ümumiyətlə onun passivliyindən narazıdırlar.
Əsas da gətirirlər, bu necə olur, Syunik və Qeqarkunikdə “başmaq seyrinə çıxan” Azərbaycan Ordusu əsgərlərinin bu hərəkətini yeni parlament qınayır və sonra da heç nə etmir. Belə görünür ki, hökumət deputatları Ermənistanın məğlubiyyətə uğraması ilə açıq şəkildə barışıblar(?). Üstəlik, vəziyyətin ümidsizliyinə istinad etməyə, bu müharibədə qalib gələ bilməyəcəyimizi əsaslandırmağa da başlayıblar. Onların dediyindən belə çıxır ki, biz “ərazi itkilərimizi” qəbul etməli və heç bir halda “qisas cəhdi” haqqında düşünməməliyik?
Bu gün bizim artıq ruslardan nə isə gözləməyimizə dəyməz. Odur, o gün milli təhlükəsizlik komissiyasının rəhbəri vəzifəsinə namizəd olsa da hansı məssəbə qulluq etdiyi hələ də müəmmalı olan Andranik Köçəryan Ermənistan sərhədlərində yerləşən Rusiya ordusunudan “…ermənilərə heç bir ziyan dəyməz”-deyib. Belələrinə nə deyəsən? Biz artıq ruslardan gördüyümüzü gördük deyə indi onun “rusların ermənilərə dəyməyən ziyanından” danışması “gülməlidir”.
Siz hələ bir Seyran Ohanyana baxın, “düşmən ordusu” İrəvana “çatıb”, bu da deyir ki, guya müdafiə naziri olarkən erməni əsgərlərinə öz balası kimi baxıb. Erməni generalı Manvel Qriqoryanın əsgər tuşonkalarını oğurlamasından xəbərsiz olub, daha nə bilim nə… Amma yalan danışır. Onlar əlbir “işləyiblər”.
Təbii ki, bütün bunları sadalamaqla daha geri qaytara bilməyəcəyik. Bunu təbii ki, qarşı, Azərbaycan tərəfi də yaxşı görür. Hazırda rəsmi İrəvan, bir qayda olaraq, qarşı tərəfin “təhdidlərinə” heç bir reaksiya verə bilmir. Bundan başqa erməni hakimiyyəti hazırda olub, qalan gücündən, əsasən erməni müxalifətini hədələmək və ya medianın fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə edir.
…Əslinə qalanda, belə gözəl gündəlikli parlamentdən bəzi ermənilərin narazılıqlar etməsini mən heç cür başa düşə bilmirəm…
... “Həqiqət şalvarını geyinərkən yalanın dünyanın yarısını dolaşmaq üçün vaxtı var”. Deyim ki, bu fikirləri vaxtilə Uinston Çörçill söyləyib. Təbii ki, böyük ingilis yazar və siyasətçisinin yaşadığı dövrü nəzərə alsaq, buna haradasa haqq qazandırmaq olardı. Amma indi həqiqət və yalanı yayıb və ya təkzib eləmək an məsələsidir. Amma neyləyəsən ki, elə bu gün də, ermənilər kimi “axmaq düşüncəsini heç vaxt dəyişdirməyən insan(dır)” mövcuddur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB