Türkiyəli nazir peyvəndlənmə prosesində aktiv iştirakla bağlı əhaliyə çağırış edib

Türkiyəli nazir peyvəndlənmə prosesində aktiv iştirakla bağlı əhaliyə çağırış edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 117 nəfər həyatını itirib.

SİA Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə gün ərzində COVID-19 infeksiyası ilə əlaqədar 245 253 nəfər test edilib, onların 22 731-nin koronavirus testi pozitiv nəticə verib, 7365 nəfər sağalıb.

Nazirliyin ccovid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 77 552 661 nəfərə peyvənd tətbiq edilib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq üçün qarşıdakı 10 gün çox önəmli olduğundan peyvəndləmə prosesində aktiv iştirakla bağlı əhaliyə çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə