Bir müddət bundan əvvəl özünü Qarabağda qalan azsaylı ermənilərin “səlahiyyətlisi kimi” təqdim edib, erməni nəşrlərindən birinə “açıqlama” verən David Babayan “...əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, bu, həm də Rusiyaya qarşı müharibə olacaq” -deyə bildirmişdi. Əslində, bu xain xislətli Babayanın əksər həmyerliləri kimi, ürəyində saxlayıb büruzə vermək istəmədiyi ən böyük arzularından biridir.
“...Bu gün Bakı bölgədə daha da genişlənmək üçün nəqliyyat infrastrukturları yaradır”. Bax, budur, ...yanları zəlil edən. Onlar Azərbaycanın Qarabağ torpaqlarında həyata keçirdiyi tikinti quruculuq işlərini “gözdən salmaq üçün” əllərindən gələni edirlər.
Bu gün “artsax xalqı”nın getməyə yeri yoxdur deyə, sona qədər dayanacaqlarını bildirən David Babayanın dedikləri ilə əməlləri, nədənsə, elə də səmimi görünmür. Çünki onu qorxudan bu gün “artsax xalqı”nın getməyə yer tapmaması deyil, onu qorxudan özünün və ətrafındakı bir-iki gədə-güdənin azərbaycanlılar tərəfindən çəkə biləcəkləri ehtimal etdikləri haqq-hesab qorxusudur.
Bu gün Babayan Azərbaycanın gördüyü bütün bu işlərə fərqli prizmadan baxmağa çığırır. Onun dediyinə görə, bu işlər təkcə ermənilərə qarşı deyil, eyni zamanda, Zaqafqaziyadan kənarda, qonşu geosiyasi məkanlarda da müəyyən məqsədlər güdür.
Babayana görə, Azərbaycanın gördüyü bütün bu işlər gələcəkdə hücum siyasətinin əsası üçün stimul yaradır. Erməni “uzaqgörəninə” görə, bütün görülən bu işlər, tikilən geniş yollar, yaradılan tunellər şəbəkəsi gələcəkdə Rusiyanın sülhməramlı kontingentini mühasirəyə almasına hesablanıb: “Türkiyənin bu işlərdəki iştirakı isə Naxçıvan və Gəncədir. Məqsəd artsax da daxil olmaqla bu əraziləri birləşdirməkdir”.
Babayanın iddiasına görə, bu işlər yekunlaşandan sonra Ermənistan tamamilə blokadada olacaq. İranla olan yolu bağlanacaq.
Əslində deyim ki, Babayan kimilərin bu sərsəmləmələrini oxuyub qan qaraltmağa belə dəyməzdi. Ancaq neynəyəsən ki, “...milçək özü bir şey olmasa da, amma ürək bulandırır”.
Maraqlısı budur ki, özünü quş bilən qarğa kimi, Babayan da bu gün daha çox erməni saytlarına özünü “səlahiyyətli erməni siyasətçisi” kimi sırımağa çalışır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB