Ruslar daha ölülərinə “hörmət etmirlər?”

Ruslar daha ölülərinə “hörmət etmirlər?”

“Yoxun üzü qara olsun”... Rusiyanın “Kommersant” nəşri son zamanlar yerli rusların artıq cənazə xidmətlərinə də qənaət etməyə başladıqları barədə məlumat yayıb.

Belə ki, nəşrin yazdığına görə, 2021-ci ilin birinci yarısında Rusiyada cənazə agentliklərinin gəliri xeyli azalıb. Təbii ki, bu, Rusiyadakı ölü azlığı ilə yox, ölənlərə əvvəlki kimi yüksək xərc çəkilməməsi ilə əlaqədardır. Yəni ölən rus çoxdur, amman ölüyə xərc çəkmək istəyən isə yoxdur...

Məsələn, Rusiya Federal Dövlət Statistika Xidmətinin verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkədə təxminən 1,1 milyon insan ölüb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 çoxdur. Amma məsələ bundadır ki, “çörəkləri əsasən bundan çıxan” cənazə agentlikləri bu ölü çoxluğundan yararlana bilməyiblər.

Maraqlıdır ki, cənazə evlərinin rəhbərlərindən biri “Kommersant”a danışarkən qazanclarının azalmasını rusların ölmüş yaxınlarına çəkdikləri cənazə xərclərinin azaltması və əlavə cənazə xidmətlərinə qənaət etməsi ilə əlaqələndirib.

Yeri gəlmişkən bildirək ki, Rusiya Federal Dövlət Statistika Xidməti bu ilin ilk altı ayında Rusiya əhalisinin təbii azalmasının 421,9 min nəfər olduğunu bildirib. Qeyd edək ki, bu ötən ilin müvafiq dövründə 265,5 min nəfər təşkil etmişdi. Bununla yanaşı, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 678,1 min uşaq dünyaya gəlib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır. ...Belə görünür ki, rus qadınları yenə də doğmaqda “tənbəllik” edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə