İsraildə ötən sutka ərzində 2600-ə yaxın şəxs koronavirusa yoluxub

İsraildə ötən sutka ərzində 2600-ə yaxın şəxs koronavirusa yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 594 nəfər yoluxub.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 899 920 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 6 nəfər ölüb və ölənlərin ümumi sayı 6 541 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 863 268 nəfəri sağalıb, aktiv xəstələrin sayı 30 111 nəfərə qədər azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə