Pakistanda güclü partlayış 10 nəfərin həyatına son qoyub

Pakistanda güclü partlayış 10 nəfərin həyatına son qoyub

Pakistanın Pəncab əyalətində baş verən yol qəzasında azı 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

SİA “Geo News” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Polisin məlumatına görə, hadisə Qucranvala şəhərində baş verib. Kiçikhəcmli yük maşını sərnişinlərlə dolu mikroavtobusa çırpılıb. Zərbənin gücündən avtobusun arxasında yerləşən qaz balonu partlayıb.

Yerli polisin məlumatına görə, 7 yaralı xəstəxanaya çatdırılıb, onlardan biri sonradan dünyasını dəyişib.

Xəstəxanadan yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə