Türkiyə dünyada ilk pilotsuz təyyarə daşıyıcısı yaradır

Türkiyə dünyada ilk pilotsuz təyyarə daşıyıcısı yaradır

Yaxın gələcəkdə Türkiyə hərbi gəmilərinin Egey, Şərqi Aralıq və Qara dənizin sularında üzəcək. Ölkə donanmasının Atlantik və Hind okeanları sularında da fəaliyyət göstərə biləcəyi istisna edilmir. Türkiyə donanmasını güclü bir okean gücünə çevriləcəyi elə də çox uzaqda deyil. Qeyd edək ki, bu barədə “Geopolitical Monitor” agentliyi məlumat yayıb.

Agentlik bunu İstanbul gəmiqayırma zavodunun üzərində işlədiyi “TCG Anadolu” universal amfibiya hücum gəmisinin inşasına əsaslanaraq bildirir. Təxminən 231 metr uzunluğunda, 58 metr yüksəklikdə və 24.660 - 27.436 ton yerdəyişmə qabiliyyətinə malik olan “TCG Anadolu” Türkiyədə indiyə qədər inşa edilmiş ən böyük döyüş gəmisi olacaq.

Qeyd edək ki, “TCG Anadolu” dünyanın ilk dron daşıyıcısı olacaq. Belə ki, döyüş gəmisindən 30 -dan 50 -ə qədər pilotsuz uçuş aparatının kəşfiyyat, müşahidə, nişanlama və silahlı hücumlar üçün istifadə ediləcəyi planlaşdırılır.

Yeri gəlmişkən bildirək ki, Türkiyənin təyyarə istehsalçısı olan “Baykar” dünyanın ilk dron daşıyıcısı olacaq “TCG Anadolu” üçün “TB-3” döyüş təyyarələrini də hazırlamağı planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə