Ermənilərin bu dəfə pay-püşsüz yola salacaqları Zatulin - ERMƏNİSAYAĞI
Bu da Zatulinin ermənilərə olan etibarı... Məgər biz Konstantin Zatulinlə belə danışmışdıq? Onu Soçi şəhərindən Rusya Dövlət Dumasına deputat kimi elə-belə seçdirmişdik? Nə qədər xərc çəkmişdik. Ermənistana gələndə “baqajını” doldurub yola salmışıq. Hamısı gözündən gəlsin...
Nə var ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Zatulinə atılan yalın miqdarı bir az azalıb. O dəqiqə, Kostya əsl sifətini, bizim paralarla şişirtdiyi yağlı sifətindəki simasızlığı ortaya qoydu. Dünənə qədər özünü “erməni xalqının böyük dostu” kimi təqdim edirdi. İndi gördük ondun erməni xalqına olan etibarını...
Gərək ki, ermənilərin yadında olar: Nikol hakimiyyətə gələndə Zatulin ona qarşı “hücumlar” etməyə də özündə cəsarət tapdı. Sonralar 44 günlük müharibə dövründə qınına çəkildi, səsini belə şıxarmadı. Elə bil biz ermənilərin pul-parasıyla ətlənən Zatulin adlı birisi yoxmuş. Amma bu günlərdə yenidən peyda olub, özü də necə? O gün rus televizyonuna çıxıb Tavuşda Azərbaycan Silahlı Qüvvələrinin “iyul təxribatı” ilə bağlı danışaraq erməniləri günahlandırır. Hələ bir utanıb-qızarmadan Ermənistan kimi, “humanist bir dövləti” münaqişəni genişləndirməkdə ittiham edir.
Təbii ki, bu biz ermənilərə elə də təəccüblü görünməməlidir. Belə görünür ki, Zatulin əvvəllər “səxavətlə” qarşılanıb pay-püşlə yola salınan “Ermənistan dövlətlərini”(?) daha pulsuz müdafiə etmək istəmir. Ya da ki, qorxur. Əlbəttə ki, Rusiyadakı səlahiyyətlilərin duyuq düşməsindən. Bir də, Zatulin kimilər üçün nə var ki, olmasın erməni olsun bir başqa millət... pulunu alıb “işini” görəcək.
Amma bunlar hamısı öz yerində... Biz erməniləri təəccübləndirən bilirsiniz nədir? Ötən gün Konstantin Zatulinin durub İrəvana gəlməsi. Yəqin ermənilərə veriləcək 2.6 milyard avrodan pay ummağa gəlib. Siz bir, bunda olan həyasızlığın dərəcəsinə baxın. Hətta bir, utamnadan, İrəvanın həmişəki kimi gözəl və erməni xalqının isə “həmişəkindən də artıq” qonaqpərvər olduğunu da yerli saytlara ərz edir.
...Yox, Kostya, bu dəfə sənin oyunların keçməyəcək. Sabah səni İrəvandan boş yola salandan sonra, sənin “erməni qonaqpərvər”liyi barədə bir daha danışmayacağın bütün ermənilərə gün kimi aydındır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB